Albaniyada hökumət əleyhinə aksiyada toqquşmalar qeydə alınır, nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıblar, polis isə su şırnağından istifadə edib
Albaniyada səkkiz gündür hökumət əleyhinə etiraz aksiyaları davam edir.
Nümayişçilər ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar bu gün də baş verib. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıblar, polis isə su şırnağından istifadə edib.
Etirazçılar baş nazir Edi Ramanın istefasını tələb edirlər. Narazılıq hökumətin ehtimal olunan korrupsiyası, iş yerlərinin azlığı və təhsilin aşağı keyfiyyətinin səbəb olduğu narazılıq ilə əlaqədardır. Etiraz aksiyaları Albaniyanın müxtəlif şəhərlərində keçirilir.
Gərginlik xüsusilə oktyabrın 17-də, minlərlə insanın Təhsil Nazirliyi qarşısına toplaşaraq polisə daş yağdırdığı zaman artıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə ediblər.
İğtişaşlar yay ərzində keçirilən və əsasən dinc xarakter daşıyan bir neçə aylıq etiraz aksiyalarından sonra başlayıb. Vətəndaşlar sahildə dəbdəbəli kompleksin tikintisinə etiraz edirdilər. Layihəni ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner dəstəkləyir.