Albaniya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi
Albaniya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi

Albaniya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi. Yeniləşdirilmiş məlumat Gürcüstan və Albaniya Xarici İşlər Nazirliyinin veb-səhifəsində artıq dərc olunubdur.

 

“Albaniya Respublikasına səfər edən Gürcüstan vətəndaşları, Albaniyaya vizasız daxil ola və istənilən 180 gün ərzində 90 gün qala bilərlər”, – Gürcüstan Xarici İşlər Nazirliyinin saytında qeyd olunub.

Son aylar ərzində Gürcüstan vətəndaşları üçün viza rejimini bir neçə ölkə ləğv etdi. O cümlədən Bosnia və Hersoqovina və Serbiya.