Alan Berse – Əməkdaşlığı inkişaf etdirə biləcəyimiz çərçivəmiz var, dialoqu və əməkdaşlığı, aydındır ki, Gürcüstanla da mütləq davam etdirəcəyik

15:50, 12.11.2026

 

Bildiyiniz kimi, Avropa Şurasının bütün üzv dövlətləri ilə, aydındır ki, o cümlədən Gürcüstanla da dialoqa hər zaman hazır olmuşam. Son dövrlərdə həmçinin təmasımız olub. Şəffaf və səmimi müzakirələrimizin olması vacibdir, lakin təsəvvür etdiyiniz kimi, bu, hər zaman ictimai şəkildə baş vermir – bu barədə Avropa Şurasının baş katibi Alan Berse Dublində Avropa Siyasi Birliyinin zirvə toplantısı başlamazdan əvvəl jurnalistlərə açıqlayıb.

O, Avropa Şurasına üzvlüyün müəyyən dəyərlərin qorunması öhdəliyi mənasına gəldiyini bildirib.

“Cari hadisələri diqqətlə izləyirəm. Bilirəm ki, hazırda Konstitusiya Məhkəməsində müəyyən məsələyə baxılması ilə əlaqədar müzakirə gedir. Biz bu prosesi müşahidə edirik və hər zaman olduğu kimi, hər kəsə xatırladırıq ki, Avropa Şurasına üzvlük həmçinin müəyyən dəyərlərin qorunması öhdəliyi deməkdir. Avropa Şurasının 46 üzv dövlətinin hamısı İnsan Hüquqları üzrə Avropa Konvensiyasını qorumaq və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanımaq öhdəliyi götürüb. Münasibətləri və əməkdaşlığı inkişaf etdirə biləcəyimiz çərçivəmiz var. Qəti şəkildə inanıram, bu prinsipləri daim təsdiqləməli, dialoqu və birgə müzakirələri davam etdirməliyik. Biz bu dialoqu və əməkdaşlığı, aydındır ki, Gürcüstanla da mütləq davam etdirəcəyik” – Alan Berse qeyd edib.

Oxşar