“Al Jazeera”nin məlumatına əsasən, “Hizbullah”ın liderlərindən biri 1980-ci illərin taktikasına qayıdacaqlarını və “İsrail tərəfindən Livanda işğal edilmiş ərazidə intihar dəstələrini aktivləşdirəcəklərini” bəyan edir
Adının ifşa olunmasını istəməyən “Hizbullah” qruplaşmasının hərbi liderlərindən biri “Hizbullah”ın Livanda İsrail tərəfindən işğal edilmiş ərazidə intihar əməliyyatları təşkil edəcəyini bəyan edir. Məlumatı “Al Jazeera” yayır.
Qruplaşmanın yüksək vəzifəli rəsmisinin sözlərinə əsasən, onlar 1980-ci illərin taktikasına qayıdacaqlar və “İsrailin əməllərinə maneə olmaq üçün intihar dəstələrini aktivləşdirəcəklər”.
“İşğal olunmuş ərazidə əvvəlcədən hazırlanmış planlara əsasən intiharçı terrorçuların böyük qrupları yerləşdirilmişdir. İntiharçı terrorçuların missiyası işğal olunmuş Livanın kəndlərində düşmən zabitləri və əsgərləri ilə mübarizə olacaq” – o, bildirib.
Məlumat üçün bildirək ki, İsrail Livanın cənub hissəsini zəbt edib. İsrail hakimiyyətinin bəyanatına əsasən, onların məqsədi bufer zonası yaratmaq və İsrail əhalisini qorumaqdır.