Akustik silahın, elektroşok və qaz aerozol qurğularının dövriyyəsinin tənzimlənməsi ilə bağlı qanunvericilik dəyişiklikləri hazırlanıb
İctimai təhlükəsizliyin və asayişin daha effektiv şəkildə qorunması və cinayətin qarşısının alınması məqsədilə, Daxili İşlər Nazirliyi akustik silahın, elektroşok və qaz aerozol qurğularının dövriyyəsinin tənzimlənməsi ilə bağlı qanunvericilik dəyişiklikləri işləyib hazırlayıb.
Daxili İşlər Nazirliyi, sənədin qanunverici orqana artıq təqdim edildiyi haqda məlumat verir.
Onların məlumatına əsasən, işlənilib hazırlanmış dəyişikliklərə əsasən: konstruktiv olaraq yalnız səsli (boş) patronu atmaq üçün hazırlanmış və teatr tamaşasında, kino nümayişində, televiziya nümayişində, tarixi rekonstruksiyada, parad və idman tədbirində istifadə edilən səsli (akustik) silahın Gürcüstana gətirilməsi üçün icazə tələb olunacaq.
“Vətəndaş tərəfindən səsli (akustik) silahın alınması yalnız Daxili İşlər Nazirliyinin ərazi orqanının əvvəlcədən yazılı razılığının (arayışı) təqdim edilməsi əsasında mümkün olacaq. Bununla yanaşı, səsli (akustik) silahın nəqli, daşınmasına və ya göndərilməsinə yalnız polis tərəfindən verilən razılıq əsasında icazə verən mövcud normalar qüvvədə qalır; Bundan başqa, polisə miqdar, eləcə də alış dövriliyi baxımından akustik silahın alınmasına məhdudiyyətləri müəyyən etmək səlahiyyəti verilir; Qaz aerozol qurğusunun (bibər spreyi) idxalı üçün icazə tələb olunacaq; Qaz aerozol qurğusunun (bibər spreyi) alınması Daxili İşlər Nazirliyinin ərazi orqanının yazılı razılığının (arayışı) təqdim edilməsi əsasında 18 yaşdan yuxarı şəxslər üçün mümkün olacaq; Bundan başqa, elektroşok qurğusu mülki dövriyyədə qadağan ediləcək. Yalnız inzibati orqanlar və ya özəl mühafizə təşkilatları öz səlahiyyətini icra etmək üçün elektroşok qurğusunu gətirə və istifadə edə biləcəklər” – DİN-in məlumatında deyilir.