Aktyor Andro Cicinadzenin yaxınları və dostları Diğominin müvəqqəti saxlama təcridxanasının yaxınlığındadırlar
Aktyor Andro Cicinadzenin yaxınları və dostları Diğominin müvəqqəti saxlama təcridxanasının yaxınlığındadırlar. Onlar Cicinadzenin nə üçün saxlanıldığına dair cavab tələb edirlər.
Təcridxananın yaxınlığına toplaşanlar aktyorun saxlanılmasını onun aksiyalarda iştirakı ilə əlaqələndirirlər.
Gürcüstanın Birinci Kanalının məlumatına əsasən, aktyoru evindən aparıblar. Ondan əvvəl Andro Cicinadzenin evində axtarış aparılıb.
İstintaqın hansı maddə ilə aparıldığı bilinmir. Daxili İşlər Nazirliyi hələlik bununla əlaqədar məlumat yaymayıb.