Aksiyanın iştirakçıları parlamentin binasına yumurtalar atıblar

12:48, 25.11.2024

 
Müxalifət tərəfindən təşkil edilmiş etiraz aksiyasının iştirakçıları Gürcüstan Parlamentinin binasına yumurtalar atıblar.

Bu dəqiqələrdə yeni seçilmiş 11-ci çağırış parlamentinin ilk iclası keçirilir.

Aksiyanın iştirakçıları 26 oktyabr seçkilərinin nəticələrini tanımadıqlarını və 11-ci çağırış parlamentini qeyri-legitim hesab etdiklərini bildirirlər.

Aksiyaya görə Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb.

Oxşar