Aksiyanın iştirakçıları “Gürcü Arzusu”nun ofisindən yürüşlə parlamentə doğru gedirlər
“Gürcü Arzusu”nun ofisinin yaxınlığına toplaşan aksiya iştirakçıları Rustaveli prospektində yürüşlə parlamentə doğru gedirlər.
Aksiya iştirakçılarının dediyi kimi, onlar “Gürcü Arzusu”nun bugünkü qərarına etiraz edirlər.
Onlar, “Gürcü Arzusu” hakimiyyətinin Avropa gələcəyini Gürcüstanın əlindən aldığını deyirlər.
Müxtəlif müxalifət partiyalarının nümayəndələri də aksiyada iştirak edirlər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə bildirib: “2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların açılması məsələsini irəli sürməyəcəyik, Avropa İttifaqının qrantından imtina edirik, Avropa İttifaqına doğru irəliləməyə davam edəcəyik, lakin heç kimə daim şantaj imkanı verməyəcəyik”.