Aksiya iştirakçısı tələbələrəBirinci Qimnaziyanın yanında aksiya keçirməyi təklif etdi və bunun nəticəsində təşkilatçı tərəfindən etiraz yarandı
Tbilisidə, Rustaveli prospektində, Xorava küçəsində qətlə yetirilmiş həddi buluğa çatmamış şəxsin atası Zaza Saralidzeyə dəstək üçün keçirilən aksiyada iştirak edən tələbələrdən biri aksiyada tələbələrə müraciət etdi ki, Birinci Klassik  Qimnaziyanın həyətində etiraz aksiyası keçirsinlər.
Çıxış edənin qeyd etdiyi kimi, onlar Zaza Saralidzenin yanındadılar, lakin partiyaçılıq ilə bölünüblər.

“Biz, partiyaçılıq ilə bölünmək istəyən tələbələrik.  Biz fikrimizi səmimi şəkildə bildiririk və Zaza Saralidzenin yanındayıq. İndi isə, buraya gəldiyimiz an maneələrlə qarşılaşdıq. Buraya gəlmiş 10 min tələbəyə müraciət edirik ki, Birinci Qimnaziyanın həyətinə keçək və orada digər başqa aksiya keçirək. Partiyaçılıqla bölünək və bizimlə heçkəs idarə etməsin”, – Çıxış edən bildirdi.

Aksiya rəhbəri tələbə qızdan mikrofonu alaraq dedi :”  İki dəqiqəlik çıxdım və Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin aqenti aramıza girdi, üzr istəyirik. Mən üzr istəyirəm, bu gün burara birlikdəyik, güclü şəkildə, sona kimi duracağıq və bunu hər kəs bilsin”