Aksiya iştirakçıları Parlament qarşısına odun aparmağa çalışırlar, buna da polis imkan vermir
Aksiya iştirakçıları Parlament qarşısına odun aparmağa çalışırlar, buna da polis imkan vermir

Parlamentin həndəvər ərazisində insident baş verdi. Aksiya iştirakçıları Parlament qarşısına odun aparmağa çalışırlar, buna da polis imkan vermir.

“Sitsxvilia” hərəkatının nümayəndəsi hüqümühafizəçilərə rəmzi olaraq odun hədiyyə etdi.

“Bu odunu sizə hədiyyə edirəm və sevinin, çox ciddi bir şeyin qarşısını aldınız, ölkə qarşısında borcunuzu ödədiniz, afərin, dostlar. Ürəyim ağrıyır, polisə böyük hörmətim var və indi bu qədər səfərbərliklə görürəm ki, partiya tapşırıqlarını yerinə yetirirsiniz, sən demə odun aparmaq olmaz, sizə hədiyyə edirəm bu odunu”, – aksiya iştirakçısı bəyan etdi.

Bununla yanaşı, Gürcüstanın Birinci Knalının jurnalistinin yerindən verdiyi məlumata görə, hüquqmühafizəçilər bir nəfəri ərazidən çxıardılar.