Axtarış-xilasetmə işlərinin səmərəliliyini artırmaq məqsədilə Fövqəladə Halların İdarə Edilməsi Xidməti tərəfindən 6 ədəd yeni sürətli xilasetmə kateri alınıb
Axtarış-xilasetmə işlərinin səmərəliliyini artırmaq məqsədilə Fövqəladə Halların İdarə Edilməsi Xidməti tərəfindən 6 ədəd yeni sürətli xilasetmə kateri alınıb

Axtarış-xilasetmə işlərinin səmərəliliyini artırmaq məqsədilə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti tərəfindən 6 ədəd yeni sürətli xilasetmə kateri alınıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Agentliyin məlumatına görə, Batumi şəhəri üzrə fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Temur Mqebrişvili Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze və Batumi şəhərinin meri Arçil Çikovaniyə yeni katerləri göstərib, onların texniki imkanlarını təqdim edib.

“Müasir qayıqlar Qara dəniz sahili boyunca yerləşdiriləcək və xilasetmə və axtarış əməliyyatları zamanı həm dənizdə, həm də çayda effektivdir. Katerlər müasir texnologiyalarla təchiz olunub. Üzərində suyun dibini skan edən qurğular quraşdırılıb”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.