Axmeta munisipalitetində koronavirusun 15 yeni halı aşkar edildi
Axmeta munisipalitetində koronavirusun 15 yeni halı aşkar edildi

Axmeta munisipalitetində koronavirusun 15 yeni halı aşkar edildi. Buna görə, Matani kəndinin giriş-çıxışında tibbi çadır quraşdırıldı. Vətəndaşlara termoskrininq edilir.

Prevensiya və virusun vaxtında aşkar edilməsi məqsədi ilə, kəndin sakinlərinin testləşdirilməsinə başlanıldı. Epidemioloqlar qrupu virusa yoluxmuş əhalinin kontaktlarını öyrənirlər.

Matani kəndində koronavirus halə barəsində məlumat 11 sentyabrda yayıldı. Virus Qoridən qayıdan kişidə təsdiq olundu. Onun sentyabrın beşində toyu var idi. İkinci günü isə, virus onun valideynlərində də təsdiq olundu.