‘Axios’ yazır ki, İsrailin baş naziri ötən həftə Trampa bildirib ki, o, İran xalqına rejimə qarşı küçələrə çıxmağa çağırış etsin, lakin Tramp bu planı riskli adlandırıb
‘Axios’ yazır ki, İsrailin baş naziri ötən həftə Trampa bildirib ki, o, İran xalqına rejimə qarşı küçələrə çıxmağa çağırış etsin, lakin Tramp bu planı riskli adlandırıb

İsrailin baş naziri ötən həftə Trampa bildirib ki, o, İran xalqına rejimə qarşı küçələrə çıxmağa çağırış etsin, lakin Tramp bu planı riskli hesab edib. Bu barədə ‘Axios’ iki yüksək vəzifəli məmura istinadən yazır.

Anonim mənbələrin bildirdiyinə görə, Netanyahu Trampla telefon danışığında qeyd edib ki, İran rejimi tam çaşqınlıq içindədir və onu daha da zəiflətmək üçün imkan yaranıb. Bunun üçün İsrailin baş naziri Trampa İran xalqına birgə ictimai müraciət etməyi və onları küçələrə çıxmağa çağırmağı təklif edib.

Tramp isə bu məsələyə dair narahatlığını ifadə edib.

“İnsanlara niyə küçələrə çıxmağı deyək ki, əgər onları oradaca öldürəcəklər?” – deyə Tramp telefon danışığı zamanı Netanyahuya bildirib