"Axios" - Vladimer Putinlə danışıqlardan sonra Stiv Uitkof və Cared Kuşner Volodimir Zelenski ilə görüşmək üçün Avropaya səfər edəcəklər
"Axios" - Vladimer Putinlə danışıqlardan sonra Stiv Uitkof və Cared Kuşner Volodimir Zelenski ilə görüşmək üçün Avropaya səfər edəcəklər

 

Rusiya Prezidenti Vladimer Putinlə danışıqlardan sonra ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna Prezidenti ilə görüşmək üçün Avropaya səfər edəcəklər. Bu haqda məlumatı “Axios” nəşri iki mənbəyə istinadən yazır.

Media vasitəsinin məlumatına əsasən, onlar Volodimir Zelenskiyə Putinlə söhbət haqda məlumat verəcəklər.

Stiv Uitkof və Cared Kuşner hazırda Kremldədirlər və Rusiya Prezidenti ilə görüş başlamalıdır.

Bu, Uitkofun Putinlə Rusiyada altıncı görüşü və avqust ayında Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra ilk üzbəüz danışıqlarıdır. Həmçinin, Kuşner ilk dəfədir danışıqlarda iştirak edəcək.