“Axios” – Ukrayna ABŞ-ın sülh planının son layihəsi ilə bağlı Tramp administrasiyasına cavab qaytardı
“Axios” – Ukrayna ABŞ-ın sülh planının son layihəsi ilə bağlı Tramp administrasiyasına cavab qaytardı

Ukrayna Tramp administrasiyasına ABŞ-ın sülh planının son layihəsi üzrə cavabını təqdim edib. Müvafiq məlumatı sosial şəbəkə X-də Amerika nəşri Axios-un müxbiri Barak Ravid yayıb.

Onun sözlərinə görə, bu məlumatı ona həm amerikalı, həm də ukraynalı yüksək vəzifəli şəxslər təsdiqləyiblər.

Bununla belə, Ukraynanın cavabının məzmunu, eləcə də ABŞ tərəfinin reaksiyası hələlik məlum deyil.

Ukraynanın ABŞ-ın sülh planına cavab verməsi barədə məlumatı “Bloomberg” agentliyi də yayıb.

Bundan əvvəl Prezident Zelenski bildirmişdi ki, sülh planı ilə bağlı Ukrayna və Avropanın təklifləri üzərində iş milli təhlükəsizlik müşavirləri səviyyəsində tamamlanıb.