"Axios" - Tramp administrasiyası Yaxın Şərqdə genişmiqyaslı müharibəyə amerikalıların əksəriyyətinin təsəvvür etdiyindən daha yaxındır, müharibə çox yaxın zamanda başlaya bilər
Donald Tramp administrasiyası Yaxın Şərqdə genişmiqyaslı müharibəyə amerikalıların əksəriyyətinin təsəvvür etdiyindən daha yaxındır, müharibə çox yaxın zamanda başlaya bilər – bu haqda məlumatı “Axios” nəşri yayır.
Nəşrin mənbələri qeyd ediblər ki, bu, ehtimal ki, ABŞ-İsrail birgə kampaniyası olacaq və bu, İsrailin ötən ilin iyun ayında başlatdığı 12 günlük müharibədən daha geniş miqyaslı olacaq.
“Axios”a əsasən, ABŞ və İran nümayəndələri görüşdən sonra əldə edilən irəliləyiş haqqında danışıblar, lakin fikir ayrılığı hələ də böyükdür və ABŞ-nin rəsmi şəxsləri bu fikir ağrılığının sona çatmasına yönəlik nikbin əhval-ruhiyyədə deyillər.
“Axios”a əsasən, Trampın müşavirləri Yaxın Şərqdə hərbi qüvvələrin yerləşdirilməsini blef hesab etmirlər. Eyni zamanda, iki İsrail rəsmisi İsrail hökumətinin yaxın günlərdə müharibə ssenarisinə hazırlaşdığını bildirib. Bəzi Amerika mənbələri “Axios”a bildiriblər ki, ABŞ-a daha çox vaxt lazım ola bilər.
Senator Lindsi Qrem bildirib ki, zərbələrə qədər ola bilsin bir neçə həftə qalıb, lakin deyirlər ki, müddət daha qısa ola bilər.
“Rəis boğaza yığılıb. Onun ətrafındakı bəzi insanlar ona İranla müharibədən çəkinməyə dair xəbərdarlıq edirlər, lakin düşünürəm ki, yaxın həftələrdə kinetik əməliyyatlar görmək ehtimalı 90 faizdir” – Trampın məsləhətçilərindən biri deyib