"Axios" - Rusiya atəşkəsə razılıq verməsə də, Volodimir Zelenski mayın 15-də Türkiyədə olacaq
"Axios" - Rusiya atəşkəsə razılıq verməsə də, Volodimir Zelenski mayın 15-də Türkiyədə olacaq

 

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbula gedəcək – bu barədə “Axios” yazır.

Nəşrin yazdığı kimi, ukraynalı yüksək rütbəli şəxs nəşrə danışarkən deyib ki, Rusiya mayın 12-dən atəşkəsə razılıq verməsə də, Zelenski mayın 15-də Türkiyədə olacaq.

Xatırladaq ki, “istəklilər koalisiyası” Rusiya Prezidenti Vladimer Putindən mayın 12-dən 30 günlük atəşkəsin başlanmasına razılıq verməsini tələb edib, lakin Rusiya tərəfi hələlik bu məsələ ilə bağlı bəyanat verməyib. Həmçinin, Rusiya Prezidenti Vladimer Putin Ukraynaya mayın 15-də İstanbulda danışıqları bərpa etməyi təklif edib. Zelenski isə Rusiyanın bu təklifi ilə razılaşıb və Putinə onu şəxsən İstanbulda danışıqlara gözləyəcəyini deyib.