“Axios” – “Mossad”ın direktoru İran məsələsi ilə bağlı Donald Tramp administrasiyası ilə danışıqlar aparmaq üçün Vaşinqtondadır

21:12, 13.11.2026

 

“Mossad”ın direktoru Roman Qopman İran məsələsi ilə bağlı ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Vaşinqtondadır.

Nəşr, mənbələrin Qopmanın ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Con Retklif ilə görüşəcəyinə dair məlumat verdiyini yazır.

Həmçinin onun Ağ Evin nümayəndəsi Stiv Uitkof ilə görüşmək üçün Mayamiyə yollanacağı gözlənilir.

“Axios”un məlumatına əsasən, Tramp hələlik Netanyahunun hərbi əməliyyatların bərpa edilməsi ilə bağlı çağırışını rədd edib. ABŞ rəsmisi, noyabrın 5-də baş tutan telefon danışığı zamanı tərəflərin İranla bağlı müharibə məsələsini müzakirə etdiklərini bildirib.

“Axios” yazır ki, bunun əvəzinə ABŞ Prezidenti Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi ilə razılaşaraq İrana qarşı dəniz blokadasının və iqtisadi təzyiqin davam etdirilməsinə, eyni zamanda hər hansı bir razılaşmanın əldə olunmasının mümkün olub-olmamasının yoxlanılmasına üstünlük verib.

Oxşar