Axios: Donald Trump telefon danışığı zamanı Volodimir Zelenskiyə müharibəni bir ay ərzində başa çatdırmaq istədiyini bildirib
Axios: Donald Trump telefon danışığı zamanı Volodimir Zelenskiyə müharibəni bir ay ərzində başa çatdırmaq istədiyini bildirib

Donald Trump telefon danışığı zamanı Volodimir Zelenskiyə müharibəni mümkün qədər tez başa çatdırmaq istədiyini bildirib. Bu barədə Axios yazır.

Nəşr üç anonim mənbəyə istinadən xəbər verir ki, Tramp və Zelenski arasında telefon danışığı olduqca dostluq və pozitiv atmosferdə keçib və 30 dəqiqə davam edib.

Mənbələrdən birinin sözlərinə görə, Zelenski müharibənin bu il başa çatacağına ümid etdiyini bildirib. Tramp isə cavabında müharibənin həddindən artıq uzun sürdüyünü və onu bir ay ərzində bitirmək istədiyini deyib.

Bununla yanaşı, ukraynalı rəsmi şəxs “Axios”a bildirib ki, telefon danışığı zamanı Donald Tramp Rusiya ilə mümkün sülh sazişi çərçivəsində Ukraynaya mühüm təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bir daha ifadə edib.