"Axios" - Donald Trampın yaxın çevrəsində bir çox insan İrana hücum edilməsi ilə bağlı skeptik yanaşmaya malikdir
"Axios" - Donald Trampın yaxın çevrəsində bir çox insan İrana hücum edilməsi ilə bağlı skeptik yanaşmaya malikdir

 

ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində bir çox insan İrana hücum edilməsi ilə bağlı skeptik yanaşmaya malikdir – bu haqda məlumatı “Axios” yayır.

Nəşrin məlumatına əsasən, Trampın üç müşaviri “Axios”a açıqlayıb ki, onlar hərbi variantın indi başlamasının düzgün qərar olmayacağını düşünürlər. Daha bir müşavir bildirir ki, indi edilən zərbə prezidentin regionda və dünyada gündəliyinin böyük bir hissəsini sarsıdacaq.

Tramp öz növbəsində son bir həftə ərzində demək olar ki, hər gün regiona “böyük gəmilər” göndərdiyini deyir, lakin həm də danışıqlara açıqdır.

Nəşrin məlumatına əsasən, Tramp hazırda diplomatik yol tutur, lakin bu, uzun sürməyə bilər.

“Əgər İran cümə günü danışıqlara real təkliflərlə gəlməsə, çox sürətlə olduqca pis vəziyyətə düşə bilər” – vasitəçi ölkənin yüksək vəzifəli rəsmilərindən biri bildirib.