"Axios" - Donald Tramp Ukraynanın "Hörümçək toru" əməliyyatını güclü və cəsur adlandırıb, lakin bunun atəşkəs razılaşması prosesini daha da çətinləşdirəcəyinə dair narahatlığını ifadə edib
"Axios" - Donald Tramp Ukraynanın "Hörümçək toru" əməliyyatını güclü və cəsur adlandırıb, lakin bunun atəşkəs razılaşması prosesini daha da çətinləşdirəcəyinə dair narahatlığını ifadə edib

 

ABŞ Prezidenti Donald Tramp Rusiyanın strateji təyyarələrinin bombardman edildiyi Ukraynanın “Hörümçək toru” əməliyyatını “güclü” və “cəsur” adlandırıb. Bu barədə “Axios” mənbələrdən birinə istinadən yazır.

Eyni zamanda, mənbə deyib ki, Amerika prezidenti narahatdır ki, bu, onun atəşkəslə bağlı missiyasını daha da çətinləşdirəcək.

“Axios”un məlumatına əsasən, Trampın müşavirlərindən biri deyib: “Beynəlxalq nöqteyi-nəzərdən, sizin daha böyük itə real ziyan vuran çixuaxuanız var”.

Medianın yazdığı kimi, Tramp qeyd edib ki, dronlarla hücum ehtimal ki, Vladimer Putini çox ciddi cavab tədbirləri görməyə məcbur edəcək.

Mənbənin məlumatına əsasən, Tramp bu ssenarinin onun diplomatik təşəbbüsünü ləngidəcəyinə görə narahatdır.