"Axios" - ABŞ və İran arasında danışıqlar fevralın 6-da ehtimal ki, Omanda keçiriləcək
ABŞ və İran arasında danışıqlar fevralın 6-da ehtimal ki, Omanda keçiriləcək. Bu haqda məlumatı “Axios” yayır.
Nəşrə əsasən, ərəb mənbəsi Tramp administrasiyasının İranın xahişi ilə razılaşdığını və danışıqların Türkiyə əvəzinə Omanda keçiriləcəyini bildirib.
“Axios”un yazdığı kimi, regionun digər ölkələrinin Omanda planlaşdırılan danışıqlara qoşulub-qoşulmayacağı ilə bağlı danışıqlar aparılır.
Medianın məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyində bəyan ediblər ki, Türkiyə və Oman da daxil olmaqla görüş yerləri nəzərdən keçirilir və danışıqların yeri, vaxtı “media oyunları üçün mövzu olaraq istifadə edilməməlidir”.