"Axios" - ABŞ gələn həftə Osloda İranla nüvə danışıqları aparmağı planlaşdırır
ABŞ gələn həftə Osloda İranla nüvə danışıqları aparmağı planlaşdırır. Bu barədə məlumatı “Axios” nəşri iki mənbəyə istinadən yayır.
Media vasitəsinin məlumatına əsasən, Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla İranın xarici işlər naziri Abbas Arağçinin görüşü planlaşdırılır.
Media vasitəsinin məlumatına əsasən, danışıqların dəqiq tarixi hələ müəyyən edilməyib və heç bir ölkə məlumatı açıq şəkildə təsdiqləməyib.
Görüş baş tutsa, bu, ABŞ tərəfindən İranın nüvə obyektlərinin bombalanmasından sonra Tehran və Vaşinqton arasında ilk üzbəüz danışıqlar olacaq.