axili işlər naziri Patrul Polisi Departamentində görüş keçirib
axili işlər naziri Patrul Polisi Departamentində görüş keçirib

Daxili işlər naziri Sulxan Tamazaşvili Patrul Polisi Departamentinin rəhbər şəxsləri və əməkdaşları ilə görüş keçirib.

DİN-in məlumatına görə, nazir departamentin infrastrukturunu, iş məkanlarını və vahid xidmət mərkəzini nəzərdən keçirib, həmçinin əməkdaşlarla söhbət edib və onların fəaliyyəti ilə tanış olub.

“Sulxan Tamazaşvili patrul polisi əməkdaşlarına hüquq qaydasının qorunması, cinayətkarlıqla mübarizə və yol təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördükləri fəaliyyətə görə təşəkkürünü bildirib. Görüşdə patrul polisinin fəaliyyətinin effektivliyinin artırılması, vətəndaşlar üçün polis xidmətlərinin əlçatanlığının yaxşılaşdırılması məqsədilə həyata keçirilən və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Nazir həmçinin qeyd edib ki, polis əməkdaşları üçün iş şəraitinin yaxşılaşdırılması və polis infrastrukturunun yenilənməsi prioritetdir və qeyd olunan istiqamətdə işlər aktiv şəkildə davam etdiriləcək”, – DİN-in məlumatında deyilir.