Axaltsixe aqrar bazarı açıldı
Axaltsixe aqrar bazarı açıldı. Aqrar bazarın girişində vətəndaşların termoskrininq prosesi keçirilir, dezobarierlər quraşdırılıb, giriş və çıxışlar nəzarət altındadır, bazar ərazisində istifadəçilər maskalarla hərəkət edirlər, iki metrlik məsafəyə də nəzarət olunur.
Bazarda mövcud vəziyyətlə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili, dövlət nümayəndəsi Besik Amiranaşvili, Axaltsixe və Adiqen majoritar deputatı Qiorqi Kopadze və Axaltsixe munitsipalitetinin meri Zaza Melikidze və Milli Ərzaq Agentliyinin nümayəndələri tanış oldular.