Axaltsixe-Ninotsminda və Axalkalaki-Kartsaxi yollarında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Axaltsixe-Ninotsminda və Axalkalaki-Kartsaxi yollarında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 

Axaltsixe-Ninotsminda və Axalkalaki-Kartsaxi yollarında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib – bu haqda Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.

“Güclü qar və çovğun səbəbilə beynəlxalq əhəmiyyətli Axalkalaki-Kartsaxi avtomobil yolunda və Axaltsixe-Ninotsminda yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.