Axaltsixe idarəsinin “Vale” sərhəd sektorunun müdafiə olunan hissəsində dövlət sərhədinin qanunsuz, qrup halında keçilməsi faktı üzrə Gürcüstanın iki vətəndaşını saxlayıblar

12:57, 24.02.2026

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Axaltsixe idarəsinin “Vale” sərhəd sektorunun müdafiə olunan hissəsində Gürcüstanın iki vətəndaşını – 1993-cü il təvəllüdlü İ.Q. və 2003-cü il təvəllüdlü R.D.-ni Gürcüstanın dövlət sərhədinin qanunsuz, qrup halında keçilməsi faktı üzrə saxlayıblar.

Gürcüstanın Sərhəd Polisinin məlumatına əsasən, istintaqla təqsirləndirilən şəxslərin sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçməklə, Türkiyə Respublikasından Gürcüstan istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup halında keçdikləri müəyyən edilib.

Qurumun məlumatına əsasən, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə beş ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar