Axaltsixe bələdiyyəsində güclü yağıntılar problemlərə səbəb olub, əraziyə xüsusi texnika cəlb edilib və təmizləmə işləri aparılır

15:28, 24.07.2026

Axaltsixe bələdiyyəsinin Tskrut kəndində güclü yağıntılar kənddəki dərənin daşmasına səbəb olub. Nəticədə ətraf ərazilər su altında qalıb, daxili yol zədələnib və kənd sakinlərinin hərəkətində çətinlik yaranıb. Bu barədə bələdiyyə məlumat yayıb.

Bələdiyyənin məlumatına görə, əraziyə xüsusi texnika səfərbər olunub və işlər fasiləsiz davam etdirilir.

“Fəlakətin nəticələrinin aradan qaldırılması işləri ilə Axaltsixe bələdiyyəsinin meri Varlam Tsiklauri, mer müavini Giorgi Melikidze və meriyanın aidiyyəti xidmətlərinin nümayəndələri tanış olublar.

Bələdiyyə rəhbəri zərərçəkmiş ailə ilə görüşüb, mövcud vəziyyətə baxış keçirib və bildirib ki, bələdiyyə problemin vaxtında həll olunması üçün bütün zəruri tədbirləri həyata keçirəcək.

Dünən yağan güclü yağışlar kənddəki dərənin daşmasına səbəb olub. Nəticədə ətraf ərazilər su altında qalıb, daxili yol zədələnib və kənddə hərəkətlə bağlı problem yaranıb”, – deyə Axaltsixe bələdiyyəsinin yaydığı məlumatda bildirilib.

Oxşar