Axalkalakidə hərbi andiçmə mərasimi keçirilib
Axalkalakidə hərbi andiçmə mərasimi keçirilib

Axalkalakidə, baş serjant Zaza Feradzenin adını daşıyan İlkin Döyüş Hazırlığı Mərkəzində hərbi qulluqçular üçün ilkin döyüş hazırlığı kursu başa çatıb. Müqaviləli xidmətə qəbul olunan rekrutlar və müddətli həqiqi hərbi xidmət çərçivəsində 8 ay müddətinə çağırılan şəxslər hərbi and içiblər.

Təntənəli mərasimdə İlkin Döyüş Hazırlığı Mərkəzinin rəhbərliyi və rekrutların ailə üzvləri iştirak ediblər. Polkovnik Zakariya Kalandadze rekrutlara müraciət edərək onlara uğurlar arzulayıb. Fərqlənən rekrutlara sertifikatlar təqdim olunub.

İlkin döyüş hazırlığı kursu çərçivəsində rekrutlar taktiki və atəş hazırlığı keçiblər. Həmçinin ilkin tibbi yardım, topoqrafiya və rabitə üzrə biliklər əldə ediblər.

Bu gündən etibarən həm müqaviləli, həm də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular Müdafiə Qüvvələrinin müxtəlif bölmələrinə paylanacaqlar.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.