Akaki Minaşvili - sənəddə ağır vəziyyətdən çıxış yolu olmasa, bizim məqsədimiz deyilki nəsə sənədə imza ataq
Sənəddə ağır vəziyyətdən çıxış yolu olmasa, təbiidir ki, bizim məqsədimiz deyil nəsə sənədə imza ataq, – bu barədə “Milli Hərəkatın” üzvü, Akaki Minaşvili bəyan etdi.
Elə onun dediyinə görə, “Milli Hərəkat” sənədə yol kimi baxır ki, ölkə ağır vəziyyətdən çıxsın.
“Mövqeyimiz yeni deyil. Əvvəlki sənəddə iki dumanlı məsələ var idi, siyasi məhbusların mövzusu – Nika Meliya və Giorgi Ruruanın azad edilməsi və ümumiyyətlə siyasi təqibin dayandırılması, ikinci məsələ – vaxtından əvvəl seçkilər ümumiyyətlə xatırlanmayıb. Dünyada krizisin dəf olunmasının daha artıq yolunu heş kim icad etməyib. Sənəddə ağır vəziyyətdən çıxış yolu olmasa, təbiidir ki, bizim məqdədimiz deyil nəsə sənədə imza ataq”, – Minaşvili Avropa İttifaqı nümayəndəliyi ofisində görüşün başlamasına qədər bəyan etdi.