Akaki Minaşvili - danışıqlar məkanı, Nika Meliya istənilən girov və əlavə tələblər olmadan azad olunduqdan sonra açılacaq
Akaki Minaşvili - danışıqlar məkanı, Nika Meliya istənilən girov və əlavə tələblər olmadan azad olunduqdan sonra açılacaq

Danışıqlar məkanı, Nika Meliya istənilən girov və əlavə tələblər olmadan azad olunduqdan sonra açılacaq, – bu barədə “Milli Hərəkatın” üzvü, Akaki Minaşvili bəyan etdi.

Minaşvili qeyd olunan şərhi partiyanın siyasi şurasının başa çatmasından sonra verdi. İclasda Şarl Mişel tərəfindən partiyalara təqdim olunan son sənədin imzalanması məsələsini müzakirə etdilər.

“Qərar belədir, danışıqlar məkanı, Nika Meliya istənilən girov və əlavə tələblər olmadan azad olunduqdan sonra açılacaq”, – Minaşvili bəyan etdi.

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa. Bu barədə Şarl Mişelin dünən müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

Bununla yanaşı, Şarl Mişelin sənədinə əsasən, razılaşmadan bir həftəyə tərəflər siyasiləşdirilmiş hesab olunan iki işi müzakirə etməlidilər.