Acaranın Ali Şurası hökumətin sədri vəzifəsinə Sulxan Tamazaşvilinin namizədliyini təsdiq etdi
Acaranın Ali Şurası muxtar respublikanın hökumətini 12 səslə təsdiqləyib – məlumatı Acaranın Ali Şurası yayır.
Onların məlumatına əsasən, qanunverici orqanın sədri Davit Qabaidzenin rəhbərlik etdiyi növbədənkənar plenar iclasda muxtar respublika hökumətinin yeni sədri Sulxan Tamazaşvilinin namizədliyi və onun irəli sürdüyü nazirliyə namizədlər birlikdə səsə qoyulub.
“İclasda investisiya layihələri, səhiyyə, sosial müdafiə, təhsil, mədəniyyət, turizm və kənd təsərrüfatı istiqamətlərində planlaşdırılan mühüm tədbirlərə diqqət yönəldilib.
Səsvermədən əvvəl namizədlər deputatların suallarını cavablandırıblar, onların rəy və təkliflərini dinləyiblər.
Hökumətin yeni təsdiq edilmiş sədri Sulxan Tamazaşvili etimada görə Ali Şuranın sədri Davit Qabaidzeyə və qanunverici orqanın üzvlərinə təşəkkür edib və qeyd edib ki, fəal əməkdaşlıqla ölkə və region üçün çox sayda xeyirli işlər görə biləcəklər.
Plenar iclasdan əvvəl qanunverici orqanda hökumət sədrliyinə namizədin Nazirlər Kabinetinin dəyişməz tərkibi ilə birlikdə hökumət proqramını, fəaliyyət planını və gələcək baxışları təqdim etdiyi komitə dinləmələri, büro və “Gürcü Arzusu” fraksiyasının iclasları keçirilib” – Acara Muxtar Respublikasının Ali Şurasının yaydığı məlumatda qeyd olunub.
Bununla yanaşı, növbədənkənar plenar iclas qapalı keçirilib.