Acarada yoxlanan daha 526 şəxsdən koronavirus heç birində təsdiq olunmadı
Acara Səhiyyə Nazirliyinin göstəriciləri ilə, Batuminin iki laboratoriyasında koronavirus üzrə ötən gecə 526 şəxsi yoxladılar. Testlərin hamısının cavabı mənfidir.
Gün ərzində həmçinin, Batumi qızdırma mərkəzlərinə yerləşdirilmiş 38 pasiyenti yoxlayacaqlar. Onların cavabı günün sonunda məlum olacaq.
Ümumilikdə, Acarada “PCR” testi cəmi 20 715 insana edildi. Bu vaxt üçün, karantində 1 130 insan qalır. İzolasıya müddətini 8 901 insan başa çatdırdı.