Acarada son 24 sat ərzində koronavirusun 653 halı aşkar edildi, 349 pasiyent müalicə olundu
Acarada son 24 sat ərzində koronavirusun 653 halı aşkar edildi, 349 pasiyent müalicə olundu

Acarada koronavirusa yoluxanların sayı 6 mini aşdı. Son 24 sat ərzində koronavirusun 653 halı aşkar edildi, 349 pasiyent müalicə olundu

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, yüzdən artıq pasiyent kritik olaraq ağır vəziyyətdədir. Elə onların məlumatına görə, Batumi Respublika Xəstəxanasında virus nıəticəsində ölüm halının ən yüksək göstəricisi qeydə alındı. 49 pasiyent reanimasiyada qalmaqdadır, buradan 19-u süni tənəffüs aparatına qoşulub.

Bölgədə koronavirusu artıq 10 600-dən artıq pasiyent məğlub etdi.

Gürcüstanda koronavirusun 2 970 yeni halı qeydə alındı, 2 348 pasiyent sağaldı, 22 pasiyent vəfat etdi.

Gürcüstanda bu vaxt üçün koronavirusun 63 650 halı təsdiq olunub. Buradan 47 390 vətəndaş sağalıb, 521 pasiyent isə, vəfat edib.