Açarada son 24 saatda 52 yeni koronavirusa yoluxma halı aşkar edildi, 92 pasiyent sağaldı

12:36, 22.01.2021
Açarada son 24 saatda 52 yeni koronavirusa yoluxma halı aşkar edildi, 92 pasiyent sağaldı, biri isə dünyasını dəyişdi. Bu haqda məlumatı Açara Səhiyyə Nazirliyi  yayır.
Onların dediyinə görə, 17 sağalan şəxs klinikanı artıq tərk etdi.
Vəfat edən şəxsə gəlincə, 84 yaşlı kişi Respublika Xəstəxanasında dünyasını dəyişdi
Açara regionunda üç pasiyentin vəziyyəti ağırdır. Onlar süni tənəffüs aparatına qoşulu vəziyyətdədirlər.

 

 

Oxşar