Acarada son 24 saat ərzində koronavirusun 97 yeni halı aşkar edildi, 95 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 97 yeni halı aşkar edildi, 95 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 32 921-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən 10-nun vəziyyəti kritikdir. Cəmi klinikada 358, kovid-mehmanxanada 295 və onlayn klinikada 643 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan iki pasiyent Batumi Respublika Xəstəxanasında vəfat etdi.