Acarada son 24 saat ərzində koronavirusun 58 yeni halı aşkar edildi, 138 pasiyent müalicə olunaraq sağaldı

12:26, 19.01.2021

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 58 yeni halı aşkar edildi, 138 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 33 767-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən beşinin vəziyyəti kritikdir. Cəmi klinikada 269, kovid-mehmanxanada 237 və onlayn klinikada 596 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 29 pasiyent klinikanı tərk etdi.

Oxşar