Acarada son 24 saat ərzində koronavirusun 30 yeni halı aşkar edildi, 83 pasiyent müalicə olunaraq sağaldı
Acarada son 24 saat ərzində koronavirusun 30 yeni halı aşkar edildi, 83 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 30 yeni halı aşkar edildi, 83 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 34 249-a çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 234, kovid-mehmanxanada 153 və onlayn klinikada 419 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 27 pasiyent klinikanı tərk etdi.