Acarada son 24 saat ərzində koronavirusdan 220 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 78 yeni halı aşkar edildi, 220 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 31 398-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən 28-nin vəziyyəti kritikdir. Cəmi klinikada 415, kovid-mehmanxanada 335 və onlayn klinikada 1 140 pasiyent müalicə olunur. Bu gün klinikanı 64 pasiyent tərk etdi.