Acarada koronavirusun 410 yeni halı aşkar edildi, 163 insan sağaldı, səkkiz pasiyent vəfat etdi
Acarada koronavirusun 410 yeni halı aşkar edildi, 163 insan sağaldı, səkkiz pasiyent vəfat etdi.
Vəfat edənləri yaşı 44-dən 78-ə qədərdir. Hallar Acaranın beş kovid-klinikasında qeydə alındı.
Acara Səhiyyə Nazirliyi vəfat edənlər barəsində məlumat yaydı.
“Batumi Tibbi Mərkəzi – 59 yaşlı kişi. Yanaşı xəstəliklər: insulindən asılılıq, diabet. Medsentr – 54 yaşlı kişi. Yanaşı xəstəliklər: hipertenziya, infarkt, ürək çatışmamazlığı. Respublika Xəstəxanası – 44 yaşlı qadın. Yanaşı xəstəliklər: insulindən asılılıq, diabet, hipertenziya, ağır çəki. Respublika Xəstəxanası – 78 yalı kişi. Yanaşı xəstəliklər: ürək çatışmamazlığı, hipertenziya. Bau – 70 yaşlı kişi. Yanaşı xəstəliklər: insulindən asılılıq, diabet, hipertenziya. Respublika Xəstəxanası – 63 yaşlı kişi. Yanaşı xəstəliklər: diabet, ürək çatışmamazlığı. Batumi Tibbi Mərkəzi – 62 yaşlı qadın. Yanaşı xəstəliklər: hipertenziya. Referal Xəstəxana – 73 yaşlı kişi”, – Acara Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.