Acarada koronavirusun 32 yeni halı aşkar edildi
Acarada koronavirusun 32 yeni halı aşkar edildi

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 32 yeni halı aşkar edildi, 60 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 278-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən dördünün vəziyyəti kritikdir. Cəmi klinikada 152, kovid-mehmanxanada 104 və onlayn klinikada 101 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 14 pasiyent klinikanı tərk etdi.