Acarada koronavirusun 21 yeni halı aşkar edildi, 15 pasiyent sağaldı
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 21 yeni halı aşkar edildi, 15 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 36 031-ə çatdı.
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən birinin vəziyyəti kritikdir. Cəmi klinikada 159, kovid-mehmanxanada 44 və onlayn klinikada 156 pasiyent müalicə olunur.
Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan üç pasiyent klinikanı tərk etdi.