Acarada koronavirusun 191 yeni halı aşkar edildi, 341 pasiyent sağaldı
Acarada son 24 saat ərzindən koronavirusun 191 yeni halı aşkar edildi. Acara Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusdan 341 pasiyent sağaldı.
Bununla yanaşı, elə onların məlumatına görə, pandemiyanın başlamasından bu günə qədər bölgədə virusdan 29 005 insan müalicə olunaraq sağalıb.
“39 pasiyent kritik vəziyyətdədir. Klinikada koronavirusa yoluxan 661 pasiyent müalicə olunur. Kovid-mehmanxanaya 707 şəxs yerləşdirilib, onlayn klinikada isə, 2 131 insandır”, – Acara Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bununla yanaşı, Acara Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Batumi respublika Xəstəxanasında bir pasiyent vəfat etdi.