Acarada koronavirusun 19 yeni halı aşkar edildi, 58 pasiyent müalicə olunaraq sağaldı

11:26, 14.02.2021

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 19 yeni halı aşkar edildi, 58 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 201-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən dördünün vəziyyəti kritikdir. Cəmi klinikada 169, kovid-mehmanxanada 98 və onlayn klinikada 118 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan üç pasiyent klinikanı tərk etdi.

Oxşar