Acarada koronavirusun 130 yeni halı aşkar edildi, 290 pasiyent sağaldı

Acarada son 24 saat ərzindən koronavirusun 130 yeni halı aşkar edildi. Acara Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusdan 290 pasiyent sağaldı.

Bununla yanaşı, elə onların məlumatına görə, pandemiyanın başlamasından bu günə qədər bölgədə virusdan 29 586 insan müalicə olunaraq sağalıb.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, klinikalarda koronavirusa yoluxan 630 pasiyent müalicə olunur. Kovid-mehmanxanaya 630 şəxs yerləşdirilib, onlayn klinikada isə, 1 875 insandır, 32 pasiyentin vəziyyət kritikdir.