Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 11 yeni halı aşkar edildi, 11 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 916-a çatdı.
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 108, kovid-mehmanxanada 38 və onlayn klinikada 107 pasiyent müalicə olunur.
Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan dörd pasiyent klinikanı tərk etdi.