Acarada koronavirusun 106 yeni halı aşkar edildi
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 106 yeni halı aşkar edildi, 110 pasiyent müalicə olunaraq sağaldı.
Bu günə qədər koronavirusdan müalicə olunaraq sağalananların ümumi sayı 37 346-ü təşkil edir.
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən səkkizinin vəziyyəti kritikdir. Cəmi klinikada 414, kovid-mehmanxanada 217 və onlayn klinikada 687 pasiyent müalicə olunur.