Acarada koronavirusun 102 yeni halı aşkar edildi
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 102 yeni halı aşkar edildi, 102 pasiyent müalicə olunaraq sağaldı.
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən yeddisinin vəziyyəti kritikdir.
Cəmi klinikada 422, kovid-mehmanxanada 248 və onlayn klinikada 596 pasiyent müalicə olunur.