Acarada koronavirusa yoluxan pasiyentlərdən 102-nin vəziyyəti kritik olaraq ağırdır
Acarada koronavirusa yoluxan pasiyentlərdən 102-nin vəziyyəti kritik olaraq ağırdır, buradan 92 pasiyent tənəffüs aparatına qoşulub.
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Batumi Respublika Xəstəxanasında 49 pasiyent reanimasiyadadır, buradan 21 pasiyent tənəffüs aparatına qoşulub.
Bölgədə virusa yoluxma hallarının sayı dünənki ilə müqayisədə azaldı və koronavirus 461 insanda aşkar edildi, 289 pasiyent sağaldı.
Ümumilikdə koronavirusdan Acarada 10 045 insan müalicə olunaraq sağalıb.
Gürcüstanda koronavirusun 2 901 yeni halı qeydə alındı, 2 799 pasiyent sağaldı. Gürcüstanda bu vaxt üçün koronavirusun 57 753 halı təsdiq olunub. Buradan 42 572 vətəndaş sağalıb, 475 pasiyent vəfat edib.