Acarada xüsusilə böyük miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə bir nəfəri saxlayıblar

15:33, 24.04.2025

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Xelvaçauri Rayon İdarəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları birgə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Türkiyə Respublikası vətəndaşı, 2000-ci il təvəllüdlü R.O. – nu xüsusilə böyük miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə saxlayıblar.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları “Sarpi” sərhəd-keçid məntəqəsinin ərazisində təqsirləndirilən şəxsin üzərində aparılan yoxlama nəticəsində psixotrop maddə olan “Pregabalin” tərkibli 1581 kapsul aşkar ediblər. Polis R.O. – nu təqsirləndirilən şəxs qismində saxlayıb” – DİN-dən bəyan edirlər.

İstintaq Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə aparılır. Cinayət 12 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar